2011-11-30| “Baku Steel Company” MMC Almaniya firması ilə muqavilə bağladı2011-09-30| BSC Müstəqil Azərbaycan 20 ildə sərgisində iştirak etdi2011-09-14| Metallurq jurnalının ilk sayı

«BAKU STEEL COMPANY» MMC

Müasir Azərbaycan metallurgiyasının flaqmanı olan ”Baku Steel Company” MMC Qafqaz regionunda birinci müasir polad­əritmə müəssisəsidir.

Şirkətin rəsmi açılış Ümummilli Liderimiz Heydər Əliyev iştirakı ilə 2001-ci ilin iyun ayının 21-də keçirilmişdir.

Baku Steel Company MMC şirkətində  Almaniya, ABŞ, Fransa, Italiya və s. qabaqcıl ölkələrdə istehsal olunan, alternativ enerji təchizatı ilə təmin olunmuş qövslü elektrik sobası, soba çalov, müasir fasiləsiz tökmə maşını quraşdırılmışdır. Poladəritmə prosesində əsas güc aqreqatlarının işi kompüterlə idarə olunur. Şirkət müasir poladəritmə və fasiləsiz poladtökmə texnologiyasına malik olub, en kəsiyi ölçüləri 120х120, 140x140 və 150х150 mm, uzunluğu 12000 mm olan müхtəlif markalı polad pəstahlar, 10-32 mm diametrində 6000-12000 mm uzunluğunda armaturlar istehsal edilir.

Son 2 ildə yeni istehsal sahələrinin yaradılmasına və yenidənqurma işlırinə 45 milyon dollar investisiya qoyulmuş və “Baku Steel Company” MMC-nin  istehsal gücü ildə 770 000 tona çatdırılmışdır. Polad məhsullarına daxili və xarici bazarın tələbatını nəzərə alaraq, məhsulun çeşidini genişləndirmiş, yaxın gələcəkdə künclük, şveller, iki-tavr, katanka, məftil, metal məmulatlar istehsalına da başlanacaqdır. Yaxın gələcəkdə əlavə olaraq 30 milyon investisiya yatırıb istehsalın həcminin 1100000 tona çatdırılması nəzərdə tutulur.

Müəssisədə 3600 nəfər işçi çalışır. Şirkət qеyri-nеft sеktorunda böyük vеrgi  ödəyicilərindəndir. Daхili bazarda ən böyuk armatur  istehsalcısıdır.  Rusiyaya, Gürcüstana, Türkmənistana və Irana məhsul iхrac etmək təcrü­bə­sinə malikdir.

 

 “Baku Steel Company” MMC özünün keyfiyyətli məhsullarını təqdim etməkdən böyük məmnunluq duyur, daxili və xarici bazarda hər bir şirkətlə əmakdaşlığının möhkəm təməl uzərində qurulduguna və  uzunmüddətli olacağına çalışır.


 
 
2011-12-12| Caspian Energy jurnalında reklam

Mir-Cəlal küçəsi, 15 (Dərnəgül)
AZ1029 Bakı, Azərbaycan

Tel: +994 (12) 4903070
Faks:
+994 (12) 4903071
E-mail:
office@bakusteel.com



 
 
 
Copyright 2011 BSC LLC