Biz Kimik

Biz Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən yaradılmış, ölkə iqtisadiyyatında öz sözünü demiş və Qafqazın ən böyük metallurgiyaBAKUBUIL şirkəti olan Baku Steel Company-yik. Texnoloji yenilikləri, innovativ avadanlıqları tətbiq edərək şirkətimizi hər zaman qabağa aparırıq. Təsadüfi deyil ki, sobamız dəyişdirilərək MDB-də, Türkiyədə, İranda analoqu olmayan yeni və tam müasir standartlara cavab verən Siemens VAİ şirkətinin sobası ilə əvəz edildi.   

Otuz ərinti və illik 550min ton istehsal edən bu soba, ən müasir 3 ədəd 3,5 MVt qaz – oksigen odluqla təchiz olunub ki, buda kimyəvi enerjidən istifadə etməyə imkan verir. Bununla biz elektrik sərfiyyatını aşağı salaraq maya dəyərinin qiymətini aşağı salırıq. Bu isə istehsal olunan məhsul keyfiyyətinin, çeşidinin və miqdarının artması deməkdir.

İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət Rusiya, Gürcüstan və digər ölkələrə öz məhsullarını ixrac edir, istehsalatını gücləndirmək və zamanın tələbinə uymaq üçün isə Siemens VAİ, Demora, Danieli, Vezzani, Air Liquide , CVS və s bunun kimi dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin BSC ölkəmizin qеyri - nеft sеktorunda böyük vеrgi  ödəyicilərindəndir.

Azərbaycan Metallurqlar Cəmiyyətinin üzvü kimi deyə bilərik ki, metallurglarımızın peşəkarlığı və rəhbərliyimizin yenilikləri tətbiq etməsidir ki, Baku Steel Company-nin istehsal etdiyi məhsullar heç də  xaricdə istehsal olunan məhsullardan geri qalmır. Bizim inkişafımız, siyasətimiz bir daha onu göstərir ki, addımlarımız düz olub..