Kadr Siyasəti

Dinamik inkişaf edən Şirkətimiz müasir dövrün təlabatına uyğun olaraq keyfiyyətli kadrların seçilməsini və onların səmərəli yerləşdirilməsini, hər bir işçinin yüksək peşəkarlıq səviyyəsinin, hərtərəfli şəxsi inkşafının artırılması üçün şəraitin yaradılmasını təmin edir. Bununla yanaşı Azərbaycan Respublikasının qanunlarının tələblərinə, işçilərin hüquq və vəzifələrini tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsinə, xidməti və peşə borcunun yerinə yetirilməsinə, Şirkətimizdə çalışan hər işçiyə etimad və hörmətlə yanaşılmasına yüksək diqqət yetiririk.

untitled1

Şirkətdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi  norma və standartlarının  təlimi və təbliği  məqsədi ilə Təlim Mərkəzi də fəaliyyət göstərir. İşə götürülən hər bir işçi Mərkəzdə təlimatlandırılır, tədris prosesində iştirak edir, sonra isə işə başlayır. Biz bilirik ki, yalnız birgə komanda və yüksək peşəkarlıq Şirkətimizə bazardakı gərgin rəqabət şəraitində uğur gətirə bilər. Odur ki, bütün əməkdaşlarımız yüksək mənəviyyata, peşəkarlığa malik olmaqla öz işinə rəğbət, hər zaman yüksək etik normalara uyğunluq nümayiş etdirir.