Ekoloji Siyasət

Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir.

 Heydər Əliyev

 

            Tarixə nəzər salsaq görərik ki, bəşər tarixinin əvvəlindən bu yana insanlar təbiətlə bir vəhdət şəklində yaşamışlar. Təsadüfi deyil ki, ağıllı və uzaqgörən insanlar bu vəhdəti görmüş və bu balansı həmişə SEEDTREEqorumağa çalışmışdır. Elə buna görə təbiəti qorumaq üçün bir sıra tədbirlər görülmüş, qərarlar qəbul edilmişdir. Bu cür qərarlardan biri 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda verilmiş və dünyanın gələcək inkişafının ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacağı qeyd edilmişdir.

            Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi «Azərbaycan Respublikasının ekoloji Konsepsiyası»nı yaratdı. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdı.

            Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Cənab Prezidentimiz İlham Əliyevin təbiətə necə dəyər verib və ona qayğıyla yanaşmasının bəhrəsidir ki, Prezidentin  təşəbbüsü ilə  “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olundu. Bununla yanaşı Nazirlər Kabinetinin  2014-cü ilin  birinci rübünün yekunlarına həsr olunmuş iclasında cənab Prezident  ölkəmizdə ekoloji  problemlər barədə də danışaraq bildirdi ki: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq ”.

            Baku Steel Company olaraq bizdə Ulu öndər Heydər Əliyev və Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü bu siyasətlə gedir, təbiətimizi yaxşılaşdırmaq və onu qorumaq üçün əlimizdən gələni edirik. Təsadüfi deyil ki, bu məqsədlə şirkətimiz yenidən qurma  mərhələsində  şirkət ərazisində yaşıllaşdırma, abadlaşdırma işləri aparmış, ətraf mühit səliqəyə salınmış, istehsal prosesində yaranan toz və çirkli havanı təmizləmək üçün xüsusi qaz-toz tutucu qurğu inşa edilmişdir. Bunun sayəsində yaranmış toz və zəhərli hava xüsusi filtrlərdən keçərək təmizlənir və insan üçün təhlükəsiz hala gəlir.

            Digər tərəfdən Respublikamızda istifadə olunmayan və lazımsız metal tullantıları buraya gətirilərək əridilir, bununlada həm təbiət tullantılardan təmizlənir, həmdə ki, metal və metal məhsulları alınır ki, buda iqtisadiyyatımıza qazanc verir.

            Bu isə onu göstərir ki, Baku Steel Company olaraq qurduğumuz Ekoloji siyasət nəinki insanları, eləcədə təbiətimizi qoruyur.

           

13
picture 018