İstehsalat

     Azərbaycanın ilk metallurgiya şirkəti olan Baku Steel Company 2001-ci ilin may ayından polad istehsalı ilə məşğuldur. Fəaliyyətdə olduğu gündən bu yana yüksək keyfiyyəti, yeniliyi əsas tutaraq daim irəliyə aparan addımlar atmışdır. Təsadüfi deyil ki, daim  öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd Elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə  illik istehsal gücünü 1000000 tona (bir milyon tona) çatdırmışdır.

     60 tonluq Elektrik Qövs Sobasında texnoloji əməliyyatlar şixtə hazırlığından və onun tərtib edilməsindən başlanır. Zavoda daxil olan metallom, çeşidlənir, pres-qayçıda doğranır, briketləşdirmək üçün presdə preslənir, standarta uyğun şəkildə sexlərin şixtə sahələrinə göndərilir. Metollomun tərkibində polad lom 65%, çuqun lom 10% və HBİ və ya Okatış (DRİ)-25% olmaqla, 87-90 %  hazır məhsul istehsal edilir (66-67 ton metal  qırıntısından 58-60 ton hazır pəstah alınır). Hər iki Elektrik qövs sobası (EQS) metal qırıntısı ilə işlədiyinə görə Şixtə sahəsinə, metal qırıntısı doğranmış, standarta uyğun şəkildə daxil olur, badyalara texnoloji qaydada yüklənir və sobaya verilir.img 2547

     Respublikamızda qara metallurgiya sənayesinin flaqmanı olan Baku Steel Company ön sıralarda duran mövqeyini saxlamaq üçün  müasir texnologiyaları, elm və texnika sahəsində əldə olunan nailiyyətləri izləyir. Bu məqsədlə Şixtə sahəsinin məhsuldarlığını artırmaq üçün İtaliyanın Vezzani  şirkətindən  müasir metal qırıntısı emal edən press-qayçı və paketləmə maşını quraşdırılmışdır. İstehsalatı artırmaq məqsədilə Almaniyanın Siemens VAİ  şirkətinin  istehsalı olan əritmə prosesi avtomatik rejimdə işləyən, bütün mühafizə sistemləri tam elektronlaşdırılmış daha müasir 60 tonluq Elektrik Qövs Sobası və ətraf mühitin təmizliyini qorumaq məqsədi ilə, bu sobadan yaranan çirkli havanı təmizləmək üçün Demora şirkətinin avtomatik iş rejimində işləyən qaz-toz təmizləyici qurğusu quraşdırılmışdır.

    img 0833 60 tonluq Elektrik Qövs sobası karbon tərkibli materialların sobaya vurulması prosesini idarə edən yeni sistemlərlə təchiz olunmuşdur. Bundan əlavə, kombinə olunmuş 3 ədəd 4 MWT RCB odluqları oksigenin və karbonun elektrik qövslü poladəritmə sobasına üfürülmə prosesini optimallaşdırmaqla yanaşı, qazın, oksigenin və karbonun ekzotermik reaksiyalarından hasil olunan enerji ilə mükəmməl şəkildə tamamlayır. Poladəritmə prosesində əsas güc aqreqatlarının işi verilmiş proqramla avtomatik idarə olunur.

     Sobadan  maye metal polad çalovlar vasitəsilə qəbul edilir və buraxılış zamanı maye metala ferroərintilər, əhəng və s. komponentlər verilir ki, polad standartın tələblərinə cavab versin. Soba çalov qurğusuna daxil olan maye metal emal olunur, temperaturu, kimyəvi tərkibi və s. sifarişə uyğun olaraq hazırlanır. Maye metal, CVS firması tərəfindən rekonstruksiya olunmuş  Soba çalov qurğusunda emal olunandan sonra, avtomatlaşdırılmış Fasiləsiz pəstah tökmə maşınına verilir.

     Fasiləsiz tökmə maşınında (FPTM), dörd  şırnaqla, 35-40 dəqiqə  vaxt ərzində, 6  və ya 12 img 0522metr uzunluqda  en kəsiyi (100x100mm dən 150x150mm -ə dək) kvadrat olan pəstah tökülür, avtomatik kəsmə üsulu ilə kəsilir və soyuducu rolqanqlar vasitəsi ilə pəstahların emalı sahəsinə ötürülür. Pəstahların emalı  sahəsində  pəstahlara texniki nəzarətdən baxış keçirilir, pəstahdakı qusurlar aşkarlanır və sifarişə uyğun ölçüdə yayma sahəsinin təkrar qızdırıcı sobasına, yayma sexinə verilir.

     Yayma sexində sifarişdən asılı olaraq, kvadrat pəstahlar təkrar qızdırma  sobasında qızdırılıb  termomexaniki emal prosesindən keçirilərək müxtəlif ölçülərdə yəni Ø 10-32 mm armatur, 5,5mm; 7mm  və 8 mm diametrində katanka  istehsal olunur. Türkiyənin „ATAMET” şirkəti tərəfindən yenidənqurma işləri aparılan 2 saylı yayma xəttində isə 40-125 mm- lik künclük, 80-140 mm-lik Şveller və 100-140 mm-lik ikitavr yayılır.

     2014 – cü ildən rekonstruksiya işlərinə başlanılan 2–ci Elektrik Polad Əritmə Sexində (EPES-2) 2016-cı ilin yanvar ayından başlayaraq dairəvi pəstah istehsalı başlanıldı. Layihəsi “ВНИИМЕТМАШ” şirkəti tərəfində hazırlanmış iki yollu  dairəvi  pəstah tökmə  maşını  müasir  sistemlərlə  təchiz  olunmuşdur. Dairəvi  pəstahlar  tökülən  zaman  hava  ilə  təmasda  olub  ətraf  mühitin təsirindən  çirklənməməsi  üçün  xüsusi  odadavamlı  materiallardan hazırlanmış  qapalı  sistemdə tökülür.

    Hazırda diametri 130mm, 160mm, 170mm, 190mm, 220mm olan pəstahlar tələbatdan asılı olaraq 3000mm - 6000mm - 12000mm uzunluğuna qədər istehsal olunur. Bu pəstahlar boru yaymaları üçün nəzərdə tutulduğundan, yüksək keyfiyyətli polad markalarından əsasən Ст20,Ст 45,09Г2С,32Г2 və.s tökülür.

      Yeniliyə hər zaman əsas önəm verən şirkət rəhbərliyi, istehsal olunan məhsullarımızın keyfiyyətinə nəzarət etmək üçün əritmə prosesinin əvvəlindən axırına kimi metalın kimyəvi tərkibinə ən müasir  son texnologiyalardan olan ABŞ-ın “BAİRD” DV-6 və17 Yaponiyanın “SHİMADZU” firmasının istehsalı olan PDA-7000 optik emissiya spektral təhlil cihazları vasitəsi ilə nəzarət edir. Sobadan, soba çalovdan və fasiləsiz tökmə maşınından  götürülmüş nümunələr sıxılmış hava vasitəsi ilə laboratoriyaya ötürülür və analizin cavabı idarəetmə  kompüterinə verilir.

      Baku Steel Company olaraq keyfiyyətimiz ən böyük göstəricimizdir və biz bu göstəricini daima inkişaf etdirəcəyik.