Baku Steel Construction

1969-cu ildən fəaliyyətə başlayan Baku Steel Construction ASC yarandığı gündən bu yana Qafqaz regionunda fasonlu tökmələr istehsal edən yeganə zavoddur. Əsasən yüksək təzyiq altında işləyən neft, maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərin hissələrinin tökmə istehsalı üzrə ixtisaslaşıb.

Eyni zamanda, müəssisədə çuqundan bədii tərtibatlı tökmələrin istehsalı mənimsənilmişdir. Bu cür tökmələr parklarda, tarixi məkanlarda, elektrik dirəklərinin bəzəkli hissələrində istifadə olunur. Belə tökmələrin istehsalı zamanı milli naxış və milli koloritin olmasına önəm verilir.

          Həmçinin burada armatur yaymaq üçün lazım olan vallarda istehsal olunur. Bir metaldan istehsal olunan bu vallar, səthi yüksək möhkəmlikli çuqun, daxili isə Polad3 markasından ibarətdir və xüsusi bir emal prosesindən keçir.

 Bu valların və fasonlu tökmə məhsullarının istehsalı nəinki milli bazarı təmin edəcək, həmçinin Avropaya və digər qitələrə məhsullarımızı ixrac etməyə imkan verəcəkdir.