XəzərBoru

Əsası vahid pəncərə prinsipi ilə 24 iyun 2008-ci ildə, Qobuda qoyulan Xəzər Boru hazırda Baku Steel Company şirkətlər img 7653qrupunun tərkib hissəsinə daxildir. Burada ən son texnologiyalardan istifadə edilərək spiralvarı tikişli borular istehsal olunur.

Spiralvarı tikişli borular daxili və xarici səthində izolyasiyanın mövcudluğu və ya olmaması şərti ilə, aşağıda qeyd edilən texniki xüsusiyyətlər əsasında istehsal olunur:

  • Polietilen örtüklü;
  • Boya örtüklü;
  • Epoksid qatran örtüklü;
  • Beton örtüklü;
  • Şüşə lifli parça örtüklü;

Bu borular izolyasiyanın diametr və formasından asılı olaraq qaz paylama xətlərində, içməli və texniki su xətlərində, sənayedə, yüksək təzyiq olan xətlərdə və digər xətlərdə istifadə oluna bilər.

Müəssisənin istehsal etdiyi borular, daxili təcrübə laboratoriyalarının su şırnaqlarında 120 a/t təzyiq altında və ultra səs rentgen cihazları vasitəsilə sınaqdan keçirilir. Məqsəddən asılı olaraq, müxtəlif növ polad təbəqələrdən hazırlanmış spiralvarı tikişli borular aşağıdakı tələblərə cavab verməlidir:

  • yüksək müqavimət;
  • yüksək təzyiqə müqavimət;
  • davamlılıq;
  • elastiklik.

Daxili və Xarici bazarın tələblərinə cavab vermək və rəqabətə davam gətirmək üçün şirkət Amerika Birləşmiş Ştatları, Almaniya və Rusiyanın keyfiyyət standartlarını əsas tutur.