Günəş və Ay
Aleksandr Popxadze | Gürcüstan
Aleksandr Popxadze (Aleksandre Phophkhadze) Gürcüstanın Tbilisi şəhərindəki Tbilisi Dövlət Rəssamlıq Akademiyasında Heykəltəraşlıq ixtisası üzrə təhsil alıb. Avropadan Asiyaya – müxtəlif ölkələrdə sərgi və simpoziumlarda iştirak edən heykəltəraş Bakıda, ilk dəfədir ki, əsərlərini yaratmaq və sərgiləmək şansı qazanmışdı. Aleksandr Popxadze “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Günəş və Ay” (The Sun and The Moon) adlı əsər yaradıb.
Əsərin ideyası Günəş və Ayın fəzada səyahətini canlandırmaqdır: “Simpozium mənim üçün çox bəyəndiyim bir ölkədə yeniliklərdən xəbərdar olmaq, yeni dostlar tapmaq, təcrübə qazanmaq, əlaqələr qurmaq və yeni bir heykəl yaratmaq imkanıdır”.

