Sərhədsiz təbiət

Çinarə Baxşiyeva | Azərbaycan

Çinarə Baxşiyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heykəltəraşlıq ixtisası üzrə təhsil alıb. Hələ tələbə olduğu dövrdən müxtəlif yerli və beynəlxalq müsabiqələrdə və sərgilərdə iştirak edib. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür. Çinarə Baxşiyeva “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Sərhədsiz təbiət” adlı əsər yaradıb.

Müəllif bu əsəri insanın təbiəti anlamaq və onu qorumaq istəyinin simvolu kimi görür: “Mənim işim təkcə təbiətin gözəlliyini deyil, həm də müasir ekoloji çağırışlar qarşısında onun nə qədər kövrək olduğunu əks etdirir. Bu metal konstruksiyalar vasitəsilə təbiətlə olan əlaqəmiz görünür və biz bu əlaqəni gələcək nəsillər üçün qorumağa borcluyuq. Onların üzərindəki süzən quşlar isə azadlığı və ekosistemlərin bərpası ümidini simvolizə edir. Bu layihə iqlim dəyişikliyinin bizə və ümumi evimiz olan dünyaya təhlükə yaratdığını xatırlatmaq məqsədi daşıyır. Biz təbiəti ekoloji fəlakətdən qorumaq üçün birgə hərəkət etməliyik, çünki əgər ona yaşamaq və inkişaf etmək imkanı versək, onun imkanları həqiqətən sərhədsizdir”.

Əlaqə üçün