Torpaq və Od
Çiprian Hopirtean | Rumıniya
Çiprian Hopirtean (Ciprian Hopirtean) Rumıniyanın Oradea şəhərindəki Təsviri Sənət Akademiyasını Rəssamlıq və Rəsmlərin bərpası ixtisasları üzrə bitirib. Şimali Yunanıstanın Təsviri Sənətkarlar Assosiasiyasının üzvüdür, Yunanıstanın Saloniki şəhərində yerləşən “MYRO Gallery” qalereyasının nümayəndəsidir. Sənətkarın dünyanın müxtəlif ölkələrində 15 fərdi sərgisi keçirilib, o, çoxsaylı beynəlxalq qrup sərgilərinin və simpoziumlarının iştirakçısı olub. Çiprian Hopirtean Qarabağdakı quruculuq-bərpa işlərində də yaxından iştirak edib. O, Ağdam Cümə Məscidinin bərpa işlərində texniki heyətə rəhbərlik edib.
Çiprian Hopirtean “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Torpaq və Od” (Land and Fire) adlı əsər yaradıb: “Əsər üç elementdən ibarətdir, onların hər birinin özünəməxsus mənası var - Torpaq, Od və Səma. Bu universal elementlərdən istifadə ideyası həm Azərbaycan Dövlət Bayrağından, həm də ölkənin mənzərəsindən ilhamlanıb”.

