Dəmir irs

Müşfiq Heydərov | Azərbaycan

Müşfiq Heydərov təhsilini əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heykəltəraşlıq ixtisası üzrə alıb. Əsərlərində klassik ənənələri müasir yanaşmalarla birləşdirməyə üstünlük verir. Xüsusilə, Azərbaycanın ənənəvi xalça motivlərini yenidən şərh edərək, onlara müasir sənətin elementlərini əlavə edib, mədəniyyətimizin bu qədim simvoluna yeni həyat verməyi hədəfləyir.

Müşfiq Heydərov “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Dəmir irs” əsərini yaradıb: “Mənim üçün xalçalar təkcə bəzək elementi deyil, həm də tarixi və mədəni dəyərləri simvolizə edən canlı sənət əsərləridir. Məhz simpoziumdakı əsərim də bu mədəni irsin bir nümunəsidir. Xalça dünyada baş verən dəyişikliklərə baxmayaraq, nəsildən-nəslə ötürülən ənənələrin möhkəmliyini və davamlılığını simvolizə edir. Əsər, ağır metal və həqiqi xalçaların yumşaq teksturası arasındakı təzadı vurğulayaraq, forma və məzmun arasında dialoq yaradır”.

Əlaqə üçün