Köklərim üçün fidan
Nilhan Sesalan |Türkiyə
Nilhan Sesalan təhsilini Türkiyənin İstanbul şəhərindəki Mimar Sinan Universitetində Heykəltəraşlıq ixtisası üzrə alıb. Sənətkarın dünyanın müxtəlif ölkələrində 9 fərdi sərgisi keçirilib, o, çoxsaylı beynəlxalq qrup sərgilərinin və simpoziumlarının iştirakçısı olub. Türkiyədə “Vətən” və “Miqrasiya” Monumentlərinin, eləcə də Almaniyada “Bütün sular bir-birinə qarışır” və Hindistanda “Vipassana” heykəllərinin müəllifidir. Heykəltəraşın müxtəlif kolleksiyalarda, parklarda, muzeylərdə nümayiş etdirilən əsərlərinə nəzər saldıqda, onun lirik abstraksiya nümayəndələrindən biri olduğunu söyləmək mümkündür.
Nilhan Sesalan “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Köklərim üçün fidan” (A Sampling for My Roots) əsərini ərsəyə gətirib: “XXI əsrin I rübü sona çatdıqda, mən “Köklərim üçün fidan” adını verdiyim paslanmayan poladdan və metaldan hazırlanmış heykəl qaynaq edirəm. Varlığımızın kövrəkliyinin ağrısını hiss edən tingin metal yarpaqları bir-birini şəfqətlə qucaqlayır, insanlığa və planetimizə sülh arzulayır”.

