Lövbər

Zamik Rzayev | Azərbaycan

Zamik Rzayev 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Azərbaycan Rəssamlıq Akademiyasında (ARA) “Heykəltəraşlıq“ ixtisası üzrə 2011-2015-ci illərdə bakalavr, 2015-2017-ci illərdə isə magistr dərəcələri təhsili alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan Dövlət Kukla Teatrında konstruktor-rəssam, ARA-da tədris ustası kimi vəzifələrdə çalışıb, hazırda “Peyk zavodu“ MMC-də aparıcı mütəxəssis, konstruktor-rəssamdır. Zamik Rzayev heykəltəraş Rahib Qarayevlə birlikdə Bakı şəhərindəki Albert Aqarunov abidəsinin həmmüəllifidir.

Zamik Rzayev “Baku Steel Art 2025“ simpoziumunda “Lövbər“ adlı əsər yaradıb. Bu əsərdə mən Xəzər dənizində lövbər təsvir etmişəm. Kompozisiya qurumaqda olan Xəzər obrazı canlandırır. Xəzər tarix boyu saysız-hesabsız lövbərlərlə tanış olub, lakin bu gün quruma prosesi ilə üzləşərək sanki sudan kənarda qalıb.

Əsərdə suyun güzgü effekti məqsədli şəkildə istifadə olunub ki, hər bir tamaşaçı əsərə baxarkən özünü orada görsün özünə sual versin: “Xəzərin qurumasında mənim payım varmı?” yaOnun qurumaması üçün mən edə bilərəm?”, “Biz bu mövzuya həqiqətən qədər diqqət yetiririk, qədər biganəyik?” Mənim üçün su metal deyəndə ağlıma, ilkin olaraq, həm tarazlığın, həm məsuliyyətin simvolu kimi lövbər gəlir.”

Əlaqə üçün