Su yoxdursa, həyat yoxdur

Gursel Ələmşahov | Azərbaycan

Gursel Ələmşahov 1981-ci ildə o vaxtkı Ermənistan SSR-nin Qafan şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasında “Heykəltəraşlıq“ ixtisası üzrə bakalavr və magistr dərəcəsi təhsili alıb.

Gursel ƏləmşahovBaku Steel Art 2025“ simpoziumunda “Su yoxdursa, həyat yoxdur“ adlı əsər yaradıb. “Bu əsər torpağın susuzluqdan necə çatladığınıparçalandığını göstərir. Çatlar yalnız təbiətin yox, həm də insanlığın gələcəyinin aynasıdır. Dəmirin sərtliyi ilə formalaşdırılmış bu abidə suyun əhəmiyyətini və onun yoxluğunun faciəsini əbədiləşdirir. Əsərin hər qırığı bir su damlasının qiymətini xatırladır: su tükənəndə həyat da tükənir. Hər detal tamaşaçıya xatırladır ki, təbiətin incə tarazlığı həmişə qorunmalıdır.

Əsər həm də insan və təbiət arasındakı məsuliyyət əlaqəsini vurğulayır: bizim hər hərəkətimiz, hər qərarımız planetin gələcəyinə təsir edir. “Su yoxdursa, həyat yoxdur” - bu sadə, lakin dərin həqiqət, insanı düşünməyə, refleksiya etməyə və hər birimizi təbiəti qorumağa çağırır. Abidə suyun həyat verdiyi qüdrəti, həm də onun yoxluğunun yaratdığı boşluğu vizual formada təqdim edir, tamaşaçını həm estetik, həm də emosional səviyyədə cəlb edir. Bu əsər sanki susuzluğun səssiz çağırışdır.“

Əlaqə üçün