Suyun sümükləri

Erkin Ələkbərli | Azərbaycan

Erkin Ələkbərli 1992-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Akademiyasında “Rəngkarlıq“ ixtisası üzrə 2010-2014-cü illərdə bakalavr, 2014-2016-cı illərdə isə magistr dərəcələri təhsili alıb. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Erkin Ələkbərli “Baku Steel Art 2025“ simpoziumunda “Suyun sümükləri“ adlı əsər yaradıb. “Bu əsər yalnız metaldan düzəldilmiş balıq skeletləri deyil, həm suyun özünün quruluşunun, yaddaşının xatirələrinin maddi təzahürünü əks etdirir. Suyun sümükləriokeanların, dənizlərin çayların bütün canlılarının tarixini həyatını daşıyan struktur elementlərdir.

İnstalyasiyanın hekayəsi incə, lakin güclü bir dildən danışır; bu, bizə dənizin yaddaşını xatırladır. Əsərdəki böyük balıq dənizlərin ana ruhunu, onun metal skeleti isə dənizin qədimliyini müdrikliyini əks etdirir. Ətrafındakı içərisindəki kiçik balıqlar bu ruhun yaddaşında yaşayan canlılardır. Bu kiçik balıqlar yalnız canlıların yox, həm suyun necə yaşadığını, necə axdığını dəyişdiyini simvolizə edir.

Əsərin dayandığı bünövrə dənizin qurumuş dibini ya qıvrılmış bir çayın yatağını xatırladır. Bu, tamaşaçını düşündürür: Biz nəyi miras buraxacağıq? Dənizlərimiz canlı nəfəs alan olacaq, yoxsa onlardan yalnız soyuq, metal “sümüklərqalacaq?

Əlaqə üçün