Baku Steel Company Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
“Baku Steel Company” QSC-nin (bundan sonra - BSC) rəhbər heyəti və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabana gedərək müasir Azərbaycan dövlətçiliyinin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin məzarını ziyarət ediblər. BSC kollektivi Ulu Öndərin xatirəsinə dərin hörmət əlaməti olaraq onun məzarı önünə əklil və gül dəstələri qoyub.
BSC kollektivi daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək onların xatirəsini ehtiramla yad edib, məzarlar üstünə gül dəstələri düzüb.
BSC olaraq xalqımızın qürur mənbəyi olan Heydər Əliyevin böyük irsini daim uca tuturuq və Ulu Öndərin əziz xatırəsini minnətdarlıq və böyük sevgi hissi ilə anaraq onun hər zaman qəlbimizdə yaşayacağını bildiririk.
Allah rəhmət eləsin!









