“Baku Steel Company” QSC-nin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Şirkət nümayəndələri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq, onun xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra BSC kollektivi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri qoyub.
Baku Steel Company Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir.







