Windoors

Kamen Tanev | Bolqarıstan

Kamen Tanev Bolqarıstanın Sofiya şəhərindəki Milli Rəssamlıq Akademiyasında Heykəltəraşlıq ixtisası üzrə təhsil alıb, daha sonra burada heykəltəraşlıqdan mühazirələr deyib, 2022-ci ildən isə Milli Rəssamlıq Ali Məktəbinin müəllimidir. 2003-cü ildən UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyasına bağlı Bolqarıstan Rəssamlar İttifaqının üzvüdür. Dünyanın bir çox sərgi və konfranslarının iştirakçısı, müsabiqələrinin laureatı olub. Heykəltəraşın əsərləri dünyanın dörd bir yanında ucaldılıb, daimi kolleksiyalarda saxlanılır.

Kamen Tanev “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Windoors” adlı əsər ərsəyə gətirib: “Layihəm çoxlu açıq məkanlar ideyasını təmsil edir. Baxan qonaq müxtəlif ölçülü açılımlardan keçdiyini təsəvvür edə və zehni olaraq müxtəlif istiqamətlərə yönələ bilər. Kompozisiyadan görünən mənzərə və ya görüntü fərqli və bənzərsiz bir şəkildə parçalanır və çoxsaylı şəkillər hissi yaradır”.

Əlaqə üçün