AzərBoru

rsz 1 slo004811Azərbaycanın qara metallurgiya sahəsindəki ilklərindən biri olan Azərbaycan Boru Yayma zavodu 1947-ci ildə Sumqayıt şəhərində, Xəzər dənizinin sahillərində yaradılıb. Əsas çiçəklənmə dövrünə 2012-ci ildən başlayan şirkət, çox qısa zamanda öz müştərilərinin marağını cəlb edib.

Hazırda şirkət Baku Steel Company şirkətlər qrupunun tərkib hissəsinə daxildir. Yerləşdiyi əlverişli şərait, - dəmiryol, avtomobil və su magistrallarının üzərində yerləşməsi AzərBorunun öz məhsullarını qonşu Rusiya, Ukrayna, Qazaxıstan və bir sıra Avropa ölkələrinə ixrac etməsinə şərait yaradır.

Burada ən son , müasir avadanlıqlardan istifadə olunaraq Baku Steel Company-dən gətirilən dairəvi polad pəstahlardan diametri 114 mm- dən 245mm-dək olan tikişsiz, qoruyucu borular və ümumi təyinatlı borular istehsal olunur.

Istehsal etdiyi keyfiyyətli tikişsiz borularla AzərBoru günümüzün ticarət mərkəzidir və bu ada layiq olmaq üçün də daima çalışacaqdır.