Keyfiyyət Siyasəti

"Baku Steel Company" QSC-nin rəhbərliyi Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi, bu sistem üzrə məqsədlərin əhəmiyyəti və onlara nail olmağın vacibliyini vurğulamaq üçün keyfiyyət siyasətini təsdiq edir və dəstəkləyir.

"Baku Steel Company" QSC Azərbaycan Respublikasının Qanunvericiliyinin və tətbiq olunan Beynəlxalq Standartların tələblərinə əsasən keyfiyyəti idarəetmə sisteminin qurulmasını təmin edir.

"Baku Steel Company" QSC keyfiyyəti idarəetmə sisteminə uyğun aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

  • Keyfiyyət üzrə siyasətin, məqsədlərin və keyfiyyəti idarəetmə sisteminin Cəmiyyətin prinsiplərinə və strateji istiqamətlərinə uyğun olmasını;
  • Müştərilərə yüksək keyfiyyətli məhsulun təqdim edilməsini;
  • Keyfiyyəti idarəetmə sistemi üçün lazım olan resursların mövcudluğunun təmin edilməsini;
  • Qanun çərçivəsində müştərilərin tələb və gözləntilərinə riayət etməklə məhsulların vaxtında istehsalını;
  • İşçilərin inkişafa yönəldilməsini, lazımi qaydada təlimləndirilməsi və təkmilləşdirilməsini;
  • Məhsul və xidmətlərin uyğunluğunu, o cümlədən müştəri məmnuniyyətinin artırılmasına təsir edə biləcək risk və imkanların müəyyən edilməsini və qiymətləndirilməsini.

Effektiv idarəçilik və dəstək ilə hər bir işçiyə Keyfiyyət Siyasətinin əhəmiyyəti, onun effektivliyinə töhfə vermək məsuliyyəti və Cəmiyyətin uğuru ilə birbaşa əlaqəsi düzgün izah edilir.

 “Baku Steel Company” QSC-nin Keyfiyyət Siyasəti Cəmiyyət daxilində işçilər arasında tətbiq olunur, həmçinin müvafiq maraqlı tərəflər üçün əlçatanlığı təmin edilir. Hazırki Keyfiyyət Siyasəti məqsədlərin formalaşdırılmasının əsasını təşkil edir və Cəmiyyətin inkişaf strategiyası ilə uyğunlaşdırılır.

Keyfiyyət siyasəti rəhbərliyin illik təhlil iclasında nəzərdən keçirilir.