Proyektlər

Keyfiyyəti əsas meyarı olan Baku Steel Company, bu meyarı əsas tutaraq daima yenilik axtarışında olub. Müasir və ən son tələblərə cavab verən avadanlıqlar quraşdıraraq həm zamanın tələbi ilə ayaqlaşıb, həm də, öz məhsuldarlığını və keyfiyyətini artırıb.

Digər yandan Şirkət bir sıra layihələrə imza atıb ki, bu Azərbaycan və regionda bir dönüş nöqtəsi olub. Bunlara fasonlu tökmələr, dairəvi polad pəstah, tikişsiz borular və təmiz oksigenin istehsalını misal gətirmək olar. Bütün bunları etmək üçün şirkət nəinki yenilikləri əsas götürüb, həmçinin öz fəaliyyət dairəsini genişləndirmək məqsədilə AzərBoru, XəzərBoru, Baku Steel Construction və Bakı Dəniz Liman Portu kimi iri şirkətləri öz tərkib hissəsinə qatıb.

Bütün bu layihələr Baku Steel Company-nin məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricisinə də yaxşı istiqamət də təsir edir.