Şveller

Baku Steel Company QSC-də Şveller çeşidləri hündürlüyü 80, 100, 120, 140, 160 mm, uzunluğu 6000-12000mm olmaqla, ГОСТ535-2005, ГОСТ8240-97, ГОСТ380-2005 Standartları üzrə istehsal olunur.

Şveller nədir?

Şveller dəmir tirdir və П ya da, U formasına malikdir. Onlardan təmir-tikinti sayələrində istifadə olunur.

Bu tirlərdən, daşıyıcı strukturlar yaratmaq üçün tikintidə istifadə olunur. Geniş düz səthləri (flanşları) və şaquli mərkəzi hissəsi (divarı) olan bir şüa şəklinə malik olan şveller tikinti çərçivələri, körpülər və digər mühəndislik strukturları kimi metal konstruksiyaların tikintisində geniş istifadə olunur. Onlar yüksək keyfiyyətə malikdirlər və davamlıdırlar. Məhz buna görə də tikinti zamanı əsas ehtiyac olan material hesab olunurlar.

Şveller növləri

Şvellerlərin üç əsas növü var:

  1. paralel kənarları olan
  2. kənarları daxilə əyilmiş
  3. isidilmədən soyuq texnika ilə əyilmiş modellər.

Şveller ölçüləri

Yüksək dərəcəli istiliklə istehsal edilmiş polad şvellerlər müxtəlif formalarda dəqiqliklə istehsal olunur. Şveller növləri və poladın növündən asılı olaraq ölçülər müxtəlif olur.

Baku Steel Company QSC-də istehsal olunan şveller ölçüləri belədir:

  • Hündürlüyü 80, 100, 120, 140, 160 mm,
  • uzunluğu 6000-12000mm olmaqla, ГОСТ535-2005, ГОСТ8240-97, ГОСТ380-

Şveller satışı

Şveller satışı Baku Steel Company QSC-də təklif olunur. yüksək keyfiyyətli, dayanıqlı tikinti materialları üzrə ixtisaslaşmış, peşəkar ustalar və avadanlıqlar ilə hazırlanan şveller çeşidlərini buradan əldə edə bilərsiniz.

 

 

sveller sveller
IMG 7646 IMG 7646