Nailiyyətlərimiz

Əsası ulu öndər Heydər Əliyev tərəfindən 2001- ci ildə qoyulan Baku Steel Company (BSC), yarandığı gündən bu yana daim ölkəsinə və sənayesinə yenilik gətirib. Təsadüfi deyil ki, hələ tikintinin yeni çiçəklənən vaxtlarında Qafqaz regionunda ən iri miqyaslı Polad əritmə müəssisəsi olan BSC, Azərbaycanın tikinti sənayesini inşaat armaturları ilə təmin edirdi.header 2

Hər zaman zamanın tələbləri ilə ayaqlaşan Şirkət müasir və qabaqcıl texnologiyalardan istifadə edərək Azərbaycanda ilk dəfə olaraq fasonlu tökmə, ikitavr, künclük, şveller və katanka istehsal edib. Nailiyyətləri bununla hüdudlanmayan Baku Steel Company həmçinin regionda ilk dəfə olaraq dairəvi polad pəstahı istehsal edib. Tikişsiz neft –qaz borularının istehsalı üçün xammal olan bu dairəvi pəstahlar, Ölkəmizin Metallurgiya sahəsinin ən yüksək səviyyədə olduğunu bir daha göstərir. Dairəvi polad pəstahların kənar mühitin təsiri olmadan istehsalı nəinki Azərbaycanda, həmçinin Qafqaz Regionunda ilk dəfə BSC tərəfindən istehsal edilmişdir.

Yeniliklərə önəm verən şirkət SİEMENS şirkətindən 60 tonluq, son standartlara cavab verən tam avtomatlaşdırılmış elektro - qövs sobası, Vezzani şirkətindən metalların doğranması üçün press qayçı alaraq quraşdırmışdır. Belə iri miqyaslı və son standartlara cavab verən yeniliklər regionda bir ilkdir ki, bunu da Baku Steel Company həyata keçirmişdir. Bu cür yeniliklərlə şirkət öz məhsuldarlığını, keyfiyyətini artıraraq istehsalını gücləndirmişdir.

Regionda ki, ilklərindən biri də, cənab prezidentimiz İlham Əliyev tərəfindən 2016 –cı ildə açılışı həyata keçirilən Oksigen zavodudur. Dünyanın ən qabaqcıl şirkətlərindən olan Air Liquid-dən alınan və saatda məhsuldarlığı 5000 m3 olan bu zavod tam müasir standartlara cavab verməklə yanaşı, yüksək təmizlikli oksigen istehsal edərək ölkəmizdə bir ilkə imza atmışdır.

Keyfiyyətinə inamın bir nişanəsidir ki, Şirkət istehsal etdiyi armaturların üzərinə öz adını həkk edir. Yenilikləri saymaqla bitməyən və daima yenilik axtarışında olan Baku Steel Company Azərbaycanın metallurgiya sənayesində tam təminatçısıdır.