15 iyun Azərbaycan xalqının milli qurtuluş günüdür

Posted on Posted in client_az, N22_az, News

15 iyun Azərbaycan xalqının milli qurtuluş günüdür

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” (Heydər Əliyev)

15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü (Milli Qurtuluş Günü) tariximizə qızıl hərflərlə yazılıb. Tariximizin bu səhifəsi "Gərək nəbzin Vətənin nəbzi ilə vursun" deyən, harada olmasından asılı olmayaraq qəlbi daim Azərbaycanla döyünən, həyatını Vətəninə və xalqına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli liderin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışından sonra və məhz onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu parçalanmaq təhlükəsindən xilas etmək, möhkəmləndirmək və inkişaf etdirmək mümkün oldu.

Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq, onu hər zaman minnətdarlıqla yad edəcəyik!

   “Baku Steel Company” QSC sizi 15-iyun Azərbaycan xalqının milli qurtuluş günü (Milli Qurtuluş Günü) münasibətilə təbrik edir!

15iyun