“Baku Steel Company” QSC – “Açıq tender” elan edir.

Posted on Posted in client_az, N22_az, News

"Baku Steel Company" QSC – “Açıq tender” elan edir.

 

Tenderin predmeti: Soyuq boruların düzləndirici avadanlıqları

Tenderdə xidmət və işçilik haqqı nəzərdə tutulur.

Tenderdə iştirak haqqının ödənilməsi tələb olunmur.

Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar aşağıda qeyd olunmuş ilkin sənədləri və tamamlanmış  “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) 24 aprel 2024-cü il saat 18:00-a PDF formatında  tender@bakusteel.com ünvanına göndərməlidir:

İlkin sənədlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
  4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  5. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
  6. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);
  7. Əlavədə olan PPQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir)

Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi   Əli Yaqubov

Email: a.yaqubov@bakusteel.com

Əlaqə telefonu: (010) 250 34 34

(012) 490 08 00 ext. 3624

Təkliflərinizi “Excel” proqramında hazırlayaraq “password” ilə şifrələmək mütləqdir!.

 

Diqqət! Şifrələnməmiş təkliflər nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!

 

Şifrələnmiş təklif faylı 24 aprel 2024-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin tender@bakusteel.com ünvanına, şifrəni (“password”)  isə password@bakusteel.com ünvanına göndərməyiniz tələb olunur. Hər iki ünvana yollanan məktubların “Subject”(Mövzu) hissəsində Satınalma predmetinin adını qeyd etmək mütləqdir!

Password(kod) göndərildikdə şifrəni daha mürəkkəb formada yazmağınız tələb olunur.

 

Diqqət! Həm Təkliflər, həm də “password” göstərilən e-mail ünvanlarından yalnız bir ünvana göndərilərsə, buna yol verən təchizatçının təklifi nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!

 

“Açıq tender” üzrə təkliflərin açılışı ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında tender@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.