“Baku Steel Company” Anım Günündə şəhidlərimizi hörmətlə yad etdi

Posted on Posted in N21, News
3

27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq “BakuSteelCompany”nin kollektivi şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib.

Əvvəlcə BSC-də şirkətin Qarabağ uğrunda 2-ci Vətən müharibəsində şəhid olmuş əməkdaşı leytenant Nurlan Həsənovun xatirə guşəsi qarşısında anım mərasimi keçirilib, şəkilləri önünə tər güllər düzülüb. Tədbirdə çıxış edən “Baku Steel Company” MMC-nin Baş direktoru Kamal İbrahimov Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi yad edərək 30 illik həsrətə son qoyduqları üçün onların heç zaman unudulmayacağını bildirib.

Saat 12:00-da isə bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Şirkətin əməkdaşları həmin gün Şəhidlər Xiyabanını da ziyarət edərək müstəqillik şəhidlərimizi yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

 Anım Günü tədbirlərinin davamı olaraq Biləcəri qəsəbə qəbiristanlığında uyuyan digər şəhidlərlə birlikdə leytenant Nurlan Həsənovun da məzarı ziyarət edilib. Daha sonra BSC-nin nümayəndələri şəhid iş yoldaşlarının ailəsinə növbəti dəfə baş çəkərək onların vəziyyəti ilə yaxından maraqlanıb, şirkətin adından maddi yardım çatdırıblar.

“Baku Steel Company” Qarabağ uğrunda  Vətən Müharibəsində canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, sağlamlıqlarını itirmiş qazilərimizə isə tezliklə şəfa diləyir. Onlar əbədi olaraq qəlblərdə yaşayacaqlar!

Allah şəhidlərimizin Cənnətdəki məqamlarını uca eləsin.

1 1
2 2
3 1 3 1
4 4
5 5
6 6
7 7
8 8
9 9
10 10
11 11
12 12
13 13
14 14
15 15
16 16
17 17
18 18
19 19
20 20