“Baku Steel Company” QSC-nin Spartakiadada uğur qazanmış əməkdaşları mükafatlandırılıb

Posted on Posted in N22_az, News

“Baku Steel Company” QSC-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin bərpası günü münasibətilə təşkil edilmiş XXII Respublika Spartakiadasında şirkətin uğur qazanmış əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

   Tədbirdə Spartakiadada ilk dəfə çıxış etməsinə baxmayaraq, “Baku Steel Company” QSC-nin əməkdaşlarının müxtəlif idman növlərində həm fərdi, həm də komanda hesabında fəxri kürsünün yüksək pillələrinə qalxmaları böyük uğur kimi dəyərləndirilib, şirkət rəhbərliyi tərəfindən bundan sonra da əməkdaşların bənzər idman yarışlarında iştirakı üçün hərtərəfli dəstək veriləcəyi açıqlanıb.

   Sonda yarışlarda fərqlənənlərə diplom və qiymətli  hədiyyələr  təqdim olunub, onların gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə əminlik ifadə edilib.

   Qeyd edək ki, “Baku Steel Company” QSC-nin əməkdaşları 11 oktyabr – 23 noyabr tarixləri arasında “Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında baş tutan Spartakiadada aşağıdakı idman növləri üzrə yüksək nəticələr göstəriblər:

Güllə atıcılığı- komanda hesabında 2-ci yer;

Nərd - komanda hesabında 3-cü yer;

Kəndirdartma - komanda hesabında 3-cü yer;

Daşqaldırma - çəki dərəcələrinə görə fərdi qaydada 1 nəfər 2-ci, 1 nəfər 3-cü yer/ komanda hesabında 3-cü yer.

   Xatırladaq ki, şirkət Spartakiadada mini-futbol, dama, şahmat, nərd, stolüstü tennis, kəndirdartma, daşqaldırma və güllə atıcılığı da daxil olmaqla ümumilikdə 8 idman növündə təmsil olunub.

mg 1
 
mg 1
mg 32
 
mg 32
mg 38
 
mg 38
mg 47
 
mg 47
mg 52
 
mg 52
mg 55
 
mg 55
mg 59
 
mg 59