“Baku Steel Company” Beynəlxalq Xəzər Neft və Qaz sərgisində

Posted on Posted in N22_az, News

“Baku Steel Company” QSC iyunun 1-dən 3-dək Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir. Bakı Enerji Həftəsi çərçivəsində təşkil edilən sərgidə BSC böyük stendlə çıxış edir.

   Şirkətin pavilyonunda BSC-nin istehsal etdiyi yüksək keyfiyyətli kvadrat və dairəvi pəstahlar, həmçinin neft-qaz istismarı layihələrində istifadə olunan və yüksək dərinlik təzyiqinə davamlı tikişsiz boruların nümunələri, inşaat armaturları çeşidləri, eləcə də polad məftil (katanka), fasonlu tökmələr və s. məhsullar nümayiş olunur. Sərgidə şirkətin uğurlu fəaliyyəti ilə yanaşı xarici bazarda qazandığı nailiyyətlər barədə geniş məlumatlar əks olunur.

  Sərgi zamanı BSC-nin pavilyonu böyük maraqla qarşılanıb. Stendi ziyarət edən yerli və xarici şirkətlərin nümayəndələri, onların distribütorlarının, eləcə də müxtəlif qurumların təmsilçiləri ilə mütəmadi işgüzar (B2B) görüşlər keçirilir, danışıqlar aparılır.

  Xatırladaq ki, regionun tanınmış brendi olan “Baku Steel Company” Cənubi Qafqazın ən böyük metallurgiya şirkətidir. BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın 20-dən çox ölkəsinə ixrac olunur.

 

BSC 1
 
BSC 1
BSC 2
 
BSC 2
BSC 3
 
BSC 3
BSC 4
 
BSC 4
BSC 5
 
BSC 5
BSC 6
 
BSC 6
BSC 7
 
BSC 7
BSC 8
 
BSC 8
BSC 9
 
BSC 9