Tələbələrin “Baku Steel Company” QSC-yə ekskursiyası təşkil edilib

Posted on Posted in N22_az, News

  “Baku Steel Company” QSC (BSC) Azərbaycanda elm və təhsilin inkişafına dəstəyini davam etdirir. Bu dəstək çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kimya-texnologiya” fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının “Qeyri-üzvi maddələrin texnologiyası” istiqaməti üzrə təhsil alan tələbələrin “Baku Steel Company” QSC-yə ekskursiyası təşkil edilib.

   ADNSU-nun pedaqoqlarının da iştirak etdiyi ekskursiya öncə qonaqlara BSC-nin fəaliyyəti barədə ümumi məlumatın verilməsi və təhlükəsizliklə bağlı giriş təliminin keçilməsi ilə başlayıb.

   Daha sonra gənclər müxtəlif istehsalat sahələrini gəzərək onların fəaliyyəti ilə əyani şəkildə tanış olub, zavod haqqında daha geniş bilgi əldə ediblər.

   Sonda şirkətin akt zalında tələbələrin peşəkar metallurqlarla görüşü keçirilib. Təcrübəli metallurqlar gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb, onlara “Baku Steel Company” QSC, eləcə də ümumən ağır sənaye və qara metallurgiyada istifadə olunan texnologiyalar, müasir trendlər və s. haqqında geniş məlumat veriblər. 

   Görüşdə iştirak edən ADNSU-nun müəllim və tələbə heyəti, keçirilən ekskursiyanı yüksək qiymətləndirib, məmnunluq və təşəkkürlərini ifadə ediblər.

   Qeyd edək ki, “Baku Steel Company” QSC fəaliyyət istiqaməti üzrə ixtisaslaşan tələbələr üçün xüsusi təcrübə və dəstək proqramları həyata keçirir. Bilik və bacarıqlarını təkmilləşdirmək istəyən şəxslər hr@bakusteel.com ünvanına müraciət edə bilərlər.

BSC ADNSU 1
 
BSC ADNSU 1
BSC ADNSU 10
 
BSC ADNSU 10
BSC ADNSU 14
 
BSC ADNSU 14
BSC ADNSU 30
 
BSC ADNSU 30
BSC ADNSU 38
 
BSC ADNSU 38
BSC ADNSU 42
 
BSC ADNSU 42
BSC ADNSU 45
 
BSC ADNSU 45
BSC ADNSU 47
 
BSC ADNSU 47
BSC ADNSU 55
 
BSC ADNSU 55
BSC ADNSU 72
 
BSC ADNSU 72