“Baku Steel Company” QSC – “Açıq tender” elan edir.

Posted on Posted in N22_az, N23_az, News

"Baku Steel Company" QSC – “Açıq tender” elan edir.

 

Tenderin predmeti: MRF39107 - Ağır Texnikaların alınması.

Tenderdə xidmət və işçilik haqqı nəzərdə tutulur.

Tenderdə iştirak haqqı 1000 (bir min) manatdır.

Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri 15 mart 2024-cü il saat 18:00-a PDF formatında  tender@bakusteel.com ünvanına göndərməlidir:

İlkin sənədlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
  7. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);
  8. Əlavədə olan PPQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir)

 

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər iştirak haqqı ödənilməsinə baxmayaraq tenderdən kənarlaşdırılacaq.

 

Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi: Əli Yaqubov

Email: a.yaqubov@bakusteel.com

Əlaqə telefonu: (010) 250 34 34

(012) 490 08 00 ext. 3624