“Baku Steel Company” QSC-nin nümayəndə heyəti əmək yarmarkasında iştirak edib

Posted on Posted in N22_az, News

20 oktyabr tarixində “Baku Steel Company” QSC-nin nümayəndə heyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak etmişdir.

Tədbir zamanı yarmarkaya gələn, iş axtaran Azərbaycan Texniki Universitetinin məzunları üçün şirkətimizin fəaliyyəti haqqında geniş məlumat almaq, həmçinin mövcud vakant yerlər ilə tanış olaraq müvafiq sahələrə iş üçün müraciət etmək imkanı yaradılmışdır.

Qeyd edək ki, Qafqaz regionunun ən iri metallurgiya şirkəti olan “Baku Steel Company” QSC fəaliyyət göstərdiyi 20 il ərzində “Nüfuzlu işəgötürən markası” yaratmağa nail olmuşdur.

Hazırda əldə edilmiş nailiyyətlərin arxasında uğurla aparılan insan resursları siyasətinin də rolu mühümdür.

Yarmarkada iştirak edərək şirkətimizə müraciət edən şəxslərə gələcək iş müsahibələrində uğurlar arzu edirik!

BSC yarmarka 01
 
BSC yarmarka 01
BSC yarmarka 02
 
BSC yarmarka 02
BSC yarmarka 03 1
 
BSC yarmarka 03 1