“Baku Steel Company” QSC “IT Academy” təhsil layihəsinə dəstək oldu.

Posted on Posted in N22_az, News

Noyabrın 5-də İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin birgə dəstəyi ilə “IT Academy”-nin rəsmi açılış mərasimi keçirilib.  

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov, həmçinin “IT Academy”-nin tərəfdaşları olan “Baku Steel Company” QSC (BSC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri salamlama nitqi ilə çıxış ediblər.

“IT-Academy”-nın yaradılması ölkəmizin yüksək texnologiyalar sahəsində kadr potensialını artıracaq və inkişaf etdirəcək bir təhsil layihəsi olaraq olduqca önəmli missiya daşıyır. Günü-gündən dəyişən və rəqəmsallaşan dünyada ölkəmizin xarici mütəxəssislərdən asılılığını sıfıra endirmək, eləcə də dövlətimizi layiqincə təmsil etmək üçün azərbaycanlı kadrların yetişdirilməsi nəinki sosial-iqtisadi inkişafımıza, həmçinin informasiya təhlükəsizliyimizə böyük töhfə olacaq.

İstehsalatda hər zaman müasir texnoloji yeniliklər və innovativ avadanlıqların tətbiqinə üstünlük verən BSC informasiya texnologiyaları sahəsində baş verən yenilikləri yaxından təqib edir. Belə ki, istehsal prosesini maksimum dərəcədə avtomatlaşdıran, bununla həm insan faktorundan yarana biləcək qəzaların qarşısını almağa, istehsal proseslərini sürətləndirməyə, həmçinin keyfiyyətli məhsulların istehsal olunmasına nail olub.

Qeyd edək ki, “İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları rəqəmsal sahədə yeni peşəyə yiyələnmək üçün lazımi biliklər əldə edəcəklər. Təhsil xərclərinin əsas hissəsi layihənin təşkilatçıları və tərəfdaşları tərəfindən ödəniləcək. Bu isə təhsil alanların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır.

Kurslar haqqında ətraflı məlumat “IT Academy”-nin rəsmi saytından http://it-academy.az, sosial şəbəkə səhifələrindən və ya +994 12 310 15 69 nömrəsinə zəng etməklə əldə edilə bilər.

1 2
 
1 2
2 1
 
2 1
3 1
 
3 1
4 1
 
4 1
5 1
 
5 1