Zəfər Günü münasibətilə “Baku Steel Company” QSC-də Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib

Posted on Posted in N22_az, News

    Noyabrın 5-də “Baku Steel Company” QSC-də 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə tədbir təşkil edilib. Tədbirdə şirkətin Vətən uğrunda həm 1-ci, həm də 2-ci Qarabağ müharibələrində iştirak etmiş 140-dan çox əməkdaşı iştirak edib.

   Bayram tədbiri Azərbaycanın Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Tədbirdə çıxış edən qazilərimiz həm müharibənin keşməkeşli anları ilə bağlı xatirələrini bölüşüb, həm də bu böyük qələbə günü münasibətilə keçirdikləri fərəh və qürur hisslərini paylaşıblar.

   Natiqlərin fikrincə, uzun illər Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunması məhz xalq-dövlət-ordu birliyi, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Müzəffər Ordumuzun şücaəti, sayəsində mümkün olub. 

   Qeyd edək ki, “Baku Steel Company” QSC-nin Vətən uğrunda 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş əməkdaşlarının hamısına mükafatlar təqdim olunub.

1
 
1
2
 
2
3
 
3
4
 
4
5
 
5
6
 
6
7
 
7
8
 
8
9
 
9
10
 
10