“Baku Steel Company” QSC – “Açıq tender” elan edir.

Posted on Posted in N22_az, News

Tenderin predmeti: “Təkrar qara metal emalı sahəsində quraşdırılacaq metal doğrayan qayçının ətrafının betonlanması”.

Sahəninn ölçüsü - 11000 kv/m

Tenderdə digər əlaqəli malların satın alınması və işçilik haqqı nəzərdə tutulur.

Tenderdə iştirak haqqı 500 (beş yüz) manatdır.

Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (offer@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri 15 avqust 2023-cü il saat 18:00-a qədər PDF formatında  offer@bakusteel.com ünvanına göndərməlidir:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
  7. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Podratçılarla (malgöndərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi (/ləri) – Elchin Cavadov

Email: E.Cavadov@bakusteel.com

Əlaqə telefonu: (050) 518 56 34

                          (012) 490 08 00 ext. 3420

 İş həcmi:

s/s Görüləcək işlərin adı Ölçü vahidi Miqdar Qiymət Məbləğ
1 2 3 4 5 6
1 Mövcud qrunt qatının h=1000 mm qalınlığında qazılması, avtomaşına yüklənməsi və daşınması m2    11000    
2 Kipləşdirilərək hazırlanmış əraziyə h=600 mm qalınlığında iri fraksiyalı karbonatın lay-lay nəmləşdirilərək vibrokatokla kipləşdirilməsi. H=200 mm laylarla. (maya dəyəri ilə birlikdə) m2 11000    
3 Kipləşdirilərək hazırlanmış əraziyə xırda fraksiya ilə üyüdülmüş əhəng daşı materialının doğranılmış çınqılla qarışdırılaraq, nəmləşdirilərək vibrokatokla kipləşdirilməsi h=100 mm (maya dəyəri ilə birlikdə) m2 11000    
4 Qalınlığı h=100 mm olmaqla doğranılmış çınqılla  hazırlıq qatının düzəldilməsi             (maya dəyəri ilə birlikdə) m2 11000    
5 6000x6000 ölçülərində temperatur tikişlərinin qoyulması, iki qat armatur torunun quraşdırılması və betonlanması m2 11000    
6 Elektrik kabel xətti üçün torpaq qazıntı işlərinin görülməsi,  qum-kərpic yatağının  hazırlanması,  3 sıra Ø150 mm qırçınlı boruların quraşdırılması                                 (maya dəyəri ilə birlikdə) p/m 270    
7 Elektrik kabel xətti üçün dəmir beton quyuların quraşdırılması və betonlanması. (dəmir beton qapaqla birlikdə 200 mm) dəst 10    
8 Kommunikasiya xətləri üçün kanalın verilmiş layihə əsasında quraşdırılması p/m 120    
9 Yağış suları üçün kanalların verilmiş layihə əsasında quraşdırılması     600x200h;   600x1300h p/m 80    
10 Beton B25 m3      2200    
11 Armatur Ø12 kq    209000    

Müqavilə imzalandıqdan sonra 10 gün müddətində işlər tam başa çatdırılmalıdır.

İşlər “Baku Steel Company” QSC-nin ərazisində ediləcək.

Tender iştirakçıları qiymət təklifini 15 avqust 2023-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin e-mail ünvanına offer@bakusteel.com təqdim etməlidirlər. Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

“Açıq tender” üzrə təkliflərin açılışı 16 avqust 2023-cü il saat 10:00-da ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında offer@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə göndərməyiniz tələb olunur.