“Baku Steel Company” QSC – “Açıq tender” elan edir.

Posted on Posted in N22_az, News

Tenderin predmeti: “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətinin işçi heyəti üçün fərdi mühafizə vasitələrinin tədarükü.

Tenderdə iştirak haqqı 300 (üç yüz) manatdır.

    Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (offer@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri ən gec 19 Sentyabr 2023-cü il saat 10:00-a PDF formatında  offer@bakusteel.com ünvanına göndərməlidir:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
  7. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Podratçılarla (malgöndərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi (/ləri) – İkram Əhmədov

Email:                     I.Ahmadov@bakusteel.com

Əlaqə telefonu:       +994 (50) 285 24 36

                                (012) 490 08 00

Malların siyahısı:

 

s/s Görüləcək işlərin adı Ölçü vahidi Miqdar Qiymət Məbləğ
1 2 3 4 5 6
1 Əlcək Nitril Cüt 18000    
2 Əlcək Riger Cüt 28000    
3 Əlcək Qaynaqçı Cüt 4500    
4 Əlcək Nitril  Hikron Cüt 8000    
5 Qoruyucu ayaqqabı (xüsusi, altı bərk, 300C dərəcə) Cüt 100    
6 Qoruyucu ayaqqabı (Nümunə əsasında) Cüt 1000    
7 Uzunboğaz çəkmə Cüt 650    
8 Dəbilqə Ədəd 150    
9 Birdəfəlik Respirator (Qeyri tibbi qara maska) Ədəd 9000    
10 Yağış plaşı Ədəd 50    
11 Qulaq tıxacı Ədəd 2700    
12 Qoruyucu Sipər Ədəd 1100    
13 Qoruyucu eynək Şəffaf Ədəd 4000    
14 Siqnal Jileti Ədəd 100    
15 Respirator  Xüsusi Filtrli 3M Ədəd 40    
16 Respirator Filtri 3M Ədəd 60    
17 Birdəfəlik Klapanlı Respirator (Nümunə Əsasında) Ədəd 200    

Müqavilə imzalandıqdan sonra malların tədarükü il ərzində rüblərlə həyata keçəcək.

Tender iştirakçıları qiymət təklifini 20 Sentyabr 2023-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin e-mail ünvanına offer@bakusteel.com təqdim etməlidirlər. Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

“Açıq tender” üzrə təkliflərin açılışı 21 Sentyabr 2023-cü il saat 10:00-da ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında offer@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.