“Baku Steel Company” QSC – “Açıq tender” elan edir.

Posted on Posted in N22_az, News

Tenderin predmeti: “Baku Steel Company” QSC-nin Təkrar qara metal emalı sahəsinin ərazisində kül toplamaq üçün layihə əsasında binanın tikintisi

Tenderdə digər əlaqəli malların satın alınması və işçilik haqqı nəzərdə tutulur.

Tenderdə iştirak haqqı 500 (beş yüz) manatdır.

    Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (offer@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri 31 avqust 2023-cü il saat 18:00-a PDF formatında  offer@bakusteel.com ünvanına göndərməlidir:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
  7. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Podratçılarla (malgöndərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi (/ləri) – Elçin Cavadov

Email:                 E.Cavadov@bakusteel.com

Əlaqə telefonu:   (050) 518 56 34

                            (012) 490 08 00 ext. 3420

İş həcmi:

 

s/s Görüləcək işlərin adı Ölçü vahidi Miqdar Qiymət Məbləğ
1 Mövcud dəmir yollarının sökülməsi (iki xətt) m 40    
2 Mövcud qurunt qatının h=2000 mm qalınlığında qazılması, avtomaşına yüklənməsi və daşınması m2 650    
3 Kipləşdirilərək hazırlanmış əraziyə çınqıl – qum qatının verilməsi. H=200+100 mm m3 550    
4 Beton B 7,5  hazırlıq qatının verilməsi. h=100mm m2 828    
5 Dəmir beton bünövrələri, sütunları və diafraqmaları üçün armatur karkaslarının, qəliblərinin quraşdırılması və betonlanması. dəst 1    
6 Dəmir beton bünövrələrin bitum markası və iki qat ruberoidlə izolyasiya olunması.         (verilmiş layihə əsasında) dəst 1    
7 Dəmir-beton bünövrələrin əks doldurulması üçün döyəclənmiş qrunt (karbonat) materialı ilə mərhələli su hopduraraq kipləşdirilməsi. m3 650    
8 Beton B 7,5 m3 160    
9 Beton B 25 m3 815    
10 Armatur Ø8; Ø12; Ø14; Ø16; Ø18 kq 62026    
11 Metal konstruksiyaların hazırlanması, rənglənməsi və quraşdırılması. dəst 1    
12 Metal kq 47152    
13 Bolt-qayka M14;  M16;  M18;  M20;  M24 ədəd 1830    
14 Yan tərəflərinə fasonlu metal lövhənin quraşdırılması. (profnastil) m2 460    
15 Fasadın  beton hissəsinin hamarlanması və fasad boyası ilə rənglənməsi m2 940    
16 Dam örtüyünə fasonlu metal lövhənin quraşdırılması. (profnastil) m2 812    
17 Fasonlu metal lövhə t=0.5 m2 1272    
18 Damda su toplayan novların aksesuarları ilə birlikdə quraşdırılması m 144    
19 Baş plan üzrə ərazinin betonlanması üçün ərazini tökülmüş torpaqdan, zibildən və metal qırıntılarından təmizləmək, ekskavatorla qazımaq, avtomaşına yükləmək və daşımaq. H=1000 mm m2 4480    
20 Kipləşdirilərək hazırlanmış əraziyə h=600 mm qalınlığında iri fraksiyalı karbonatın lay-lay nəmləşdirilərək vibrokatokla kipləşdirilməsi. m2 4480    
21 Kipləşdirilərək hazırlanmış əraziyə xırda fraksiya ilə üyüdülmüş əhəng daşı materialının doğranmış çınqılla qarışdıraraq, nəmləşdirilərək vibrokatokla kipləşdirilməsi. h=100 mm m2 4480    
22 Qalınlığı h=100 mm olmaqla doğranmış çınqılla hazırlıq qatının düzəldilməsi. m2 4480    
23 6000x6000 ölçülərində temperatur tikişlərinin qoyulması, iki qat armatur torunun quraşdırılması və betonlanması. m2 4480    
24 Armatur Ø12 kq 85120    
25 Beton B25 m3 896    
26 Kommunikasiya xəttləri üçün kanalın verilmiş layihəyə əsasən quraşdırılması. m 55    
27 Elektrik kabel xətti üçün Ø150 mm qırçınlı boruların quraşdırılması. m 50    
28 Yağış suları üçün kanalların verilmiş layihəyə uyğun quraşdırılması. 600x1200  600x1300 m 80    
29 Yağış  sularının  axıdılması  üçün   HDPE    Ø400  mm-lik  qırçınlı  boruların verilmiş layihəyə əsasən  quraşdırılması. m 110    
30 Çuqun qapaqlı yağış qəbuledici qurğularının quraşdırılması 300x300x300  Ø150 ədəd 4    
31 Yağış qəbuledici qurğuları üçün boru  Ø160 m 80    
32 Yağış suları üçün çökmə quyusu 2400x1600x2000h dəst 1    

Qeyd: Görüləcək bütün işlər verilmiş layihə əsasında icra olunmalıdır.

    Müqavilə imzalandıqdan sonra 2 (iki) ay müddətində işlər tam başa çatdırılmalıdır.

    İşlər “Baku Steel Company” QSC-nin ərazisində ediləcək.

Tender iştirakçıları qiymət təklifini 31 avqust 2023-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin e-mail ünvanına offer@bakusteel.com təqdim etməlidirlər. Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

“Açıq tender” üzrə təkliflərin açılışı 01 sentyabr 2023-cü il saat 10:00-da ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında offer@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.