Baku Steel Company” QSC – “Açıq tender” elan edir.

Posted on Posted in N22_az, News

Tenderin predmeti: “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətinin işçi heyəti üçün geyimlərin tədarükü.

Tenderdə iştirak haqqı 300 (üç yüz) manatdır.

Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına (offer@bakusteel.com ) və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri ən gec 19 Sentyabr 2023-cü il saat 10:00-a PDF formatında  offer@bakusteel.com ünvanına göndərməlidir:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
  7. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Podratçılarla (malgöndərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi (/ləri) – İkram Əhmədov

Email:                 I.Ahmadov@bakusteel.com

Əlaqə telefonu:   +994 (50) 285 24 36

                            (012) 490 08 00

Malların siyahısı:

 

s/s Görüləcək işlərin adı Ölçü vahidi Miqdar Qiymət Məbləğ
1 2 3 4 5 6
1 Kostyum XB (qış) Ədəd 1500    
2 Suit for Engineer (Mühəndis Kostyumu qış üçün) Dəst 150    
3 Mühəndis yay köynəyi və şalvarı (Shirt with Trousers Engineer Summer) Dəst 500    
4 Buşlat Ədəd 100    
5 Qış gödəkçəsi SƏTƏMM Ədəd 55    
6 Qış gödəkçəsi Ədəd 450    
7 Mahud kostyum Dəst 400    
8 Mühəndis Yay Köynəyi və Şalvarı SƏTƏMM üçün Dəst 60    
9 Qış üçün Kostyum (Gödəkçə və Şalvar) (SƏTƏMM) Dəst 30    
10 Mühəndis Yay Köynəyi və Şalvarı Pirotexnik üçün Dəst 40    
11 Pirotexnik Kostyum (Qış üçün) Dəst 35    
12 Əlcək Odadavamlı Brezent Cüt 6000    
13 Əlcək Vaçaqi Cüt 1400    
14 Jilet (Nümunə əsasında) Ədəd 1000    
15 Dizlik Vaçaqi  Ayaqqabı üçün Cüt 600    

Müqavilə imzalandıqdan sonra malların tədarükü il ərzində rüblərlə həyata keçəcək.

Tender iştirakçıları qiymət təklifini 20 Sentyabr 2023-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin e-mail ünvanına offer@bakusteel.com təqdim etməlidirlər. Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

“Açıq tender” üzrə təkliflərin açılışı 21 Sentyabr 2023-cü il saat 10:00-da ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında offer@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.