“Baku Steel Company” QSC 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir.

Posted on Posted in N22_az, News

“Baku Steel Company” QSC mayın 31-dən iyunun 2-dək Bakı Ekspo Mərkəzində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (Caspian Oil&Gas) iştirak edir.
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC əsas sporsorlarından biri olduğu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə müəssisədə istehsal edilən yüksək keyfiyyətli məhsulların nümayiş olunduğu böyük stendlə çıxış edir.
Sərginin açılış anından etibarən müxtəlif profilli yerli və xarici şirkətlərin nümayəndələri və distribütorları “Baku Steel Company” QSC haqqında məlumatlarla yaxından maraqlanırlar. Şirkətimizin kommersiya və satınalmalar üzrə məsul şəxsləri onlarla mütəmadi işgüzar görüşlər keçirir, danışıqlar aparırlar.
Məhsullarımızla yaxından tanış olmaq, “Baku Steel Company” QSC ilə əməkdaşlıq etmək istəyən hər kəsi sərgidəki 1C314 nömrəli stendimizi ziyarət etməyə dəvət edirik.
Sərgidə sürətli qeydiyyatdan keçmək üçün bu linkə keçid edə bilərsiz:
https://caspianoilgas.az/az/devetnameni-elde-edin

1 2
 
1 2
2 1
 
2 1
3 1
 
3 1
4 1
 
4 1
5 1
 
5 1