“Baku Steel Company” QSC növbəti əmək yarmarkasında iştirak edib

Posted on Posted in N22_az, News

“Baku Steel Company” QSC Bakıda əhalinin məşğulluğunun təmin olunması məqsədilə keçirilən növbəti əmək yarmarkasında iştirak edib.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilən yarmarka “Hilton Baku” otelində baş tutub.

   Qeyd edək ki, bu əmək yarmarkası iştirakçı qurumların, həmçinin təklif edilən iş yerlərinin sayına görə əvvəlkilərdən fərqlənib. Belə ki, tədbirdə 60-dan çox dövlət qurumu və özəl şirkət tərəfindən 1200-dən çox vakansiya təqdim olunub. Yarmarkada işsiz və işaxtaran şəxslərə vakansiyalar, iş öhdəlikləri və şərtlər barədə ətraflı məlumatlar verilib.

   Yarmarkada «Baku Steel Company” QSC-nin stendinə yaxınlaşan vətəndaşlara şirkət haqqında ətraflı məlumat verilib, iş üçün müraciət edən şəxslərin müvafiq qaydada qeydiyyatı aparılıb, onlardan nəzərdən keçirilməsi üçün CV-lər qəbul olunub.

   Peşəkar komandamıza qoşulmaq istəyənlər hr@bakusteel.com ünvanına müraciət edə bilər.

 

BSC yarmarka 1
 
BSC yarmarka 1
BSC yarmarka 2
 
BSC yarmarka 2
BSC yarmarka 3
 
BSC yarmarka 3