“Baku Steel Company” QSC Bakıda əhalinin məşğulluğunun təmin olunması məqsədilə keçirilən əmək yarmarkasında iştirak edib.

Posted on Posted in N22_az, News

   “Baku Steel Company” QSC Bakıda əhalinin məşğulluğunun təmin olunması məqsədilə keçirilən əmək yarmarkasında iştirak edib.

“Park Inn” otelində təşkil edilən yarmarkada «Baku Steel Company” QSC-nin stendinə yaxınlaşan vətəndaşlara şirkət barədə ətraflı məlumat verilib, iş üçün müraciət edən şəxslərin qeydiyyatı aparılıb, onlardan nəzərdən keçirilməsi üçün CV-lər qəbul edilib.

   Qeyd edək ki, əmək yarmarkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil olunub. Yarmarkada 900 vakansiya üzrə 40 şirkət təmsil olunub, işsiz və işaxtaran şəxslərə vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat təqdim edilib.

#BakuSteelCompany #BSC #işsiz #işaxtaran #əməkyarmarkası

1
 
1
2
 
2
3
 
3
4
 
4