“Baku Steel Company” QSC-dən Novruz bayramı sovqatı

Posted on Posted in N22_az, News

   “Baku Steel Company” QSC son illərin ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı ərəfəsində şirkətin əməkdaşları, həmçinin şəhid ailələri və qazilər, eləcə də aztəminatlı ailələrdən diqqət və qayğısını əsirgəməyib.

   Belə ki, Novruz bayramı münasibətilə “Baku Steel Company” QSC-nin 1900-dən çox əməkdaşı şirkətin rəhbərliyi adından təbrik edilib, onlara bayram sovqatı paylanılıb.

   Şirkətin nümayəndələri ənənəyə uyğun olaraq bayram ərəfəsində “Baku Steel Company” QSC-nin 2-ci Qarabağ müharibəsi zamanı vətən uğrunda şəhid olmuş əməkdaşı, leytenant Nurlan Həsənovun da ailəsini ziyarət edib, onlara şirkət adından bayram sovqatı, həmçinin şəhidin övladlarına hədiyyələr çatdırıblar. Əslən Şuşadan olan ailəyə “Baku Steel Company” QSC-nin rəhbərliyi adından məxsusi olaraq müəllifi Qarabağ müharibəsi qazisinin xanımı, yeni nəsil istedadlı rəssam Elminaz Qəhrəmanova olan “Şuşada bahar” adlı rəsm əsəri təqdim edilib.

   Daha sonra “Baku Steel Company” QSC-nin əməkdaşları Nərimanov rayon İcra hakimiyyətinin və digər rayon idarəetmə orqanlarının təşkil etdikləri humanitar yardım aksiyalarında iştirak edib, şəhid ailələri, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylayıblar. Şirkətin əməkdaşları onları “Baku Steel Company” QSC-nin rəhbərliyi adından bayram münasibətilə təbrik edib, xoş arzu və diləklərini bildiriblər.

DSC 1842
 
DSC 1842
DSC 1845
 
DSC 1845
DSC 2033
 
DSC 2033
DSC 2057
 
DSC 2057
DSC 2072
 
DSC 2072
DSC 2006
 
DSC 2006
DSC 2005
 
DSC 2005