“Baku Steel Company” QSC ekoloji sahədə mükafata layiq görülüb

Posted on Posted in N22_az, News

   Bakıda II Xəzər Su İnnovasiya Forumu (II Caspian Water Innovation Forum 2023) keçirilib. “Baku Steel Company” QSC Forumda “Ətraf mühitə qayğı və sudan səmərəli istifadəyə görə” nominasiyasında mükafata layiq görülüb.

   Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi və “Aqualink” şirkətinin təşkilatçılığı ilə baş tutan II Xəzər Su İnnovasiya Forumunda müxtəlif dövlət orqanlarının, beynəlxalq təşkilatların, özəl qurumların nümayəndələri və tanınmış mütəxəssislər iştirak ediblər.

    “Gələcək üçün su!” şüarı ilə keçirilən Xəzər Su İnnovasiya Forumu Azərbaycanda və regionda sudan səmərəli istifadəni təşviq etmək, təkrar emalı vasitəsi ilə tullantı sularının ətraf mühitə neqativ təsirinin azaldılmasına nail olmaq, su ehtiyatlarının effektiv idarə edilməsi istiqamətində beynəlxalq təcrübə və qabaqcıl texnologiya mübadiləsi ilə maarifləndirməni təmin edən peşəkar müzakirə platformasıdır.

   Qeyd edək ki, “Baku Steel Company” QSC-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) məsələlərinə xüsusi diqqət yetirilir. Şirkətin bu sahədəki siyasəti və sistemi yerli əmək qanunvericiliyinin tələblərinə və beynəlxalq standartlara, həmçinin sənayedəki qabaqcıl təcrübələrə əsaslanaraq qurulub.

mukafat