“Baku Steel Company” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib

Posted on Posted in N22_az, News

    Nərimanov rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2023-cü il üçün hazırlıq planına və “Baku Steel Company” QSC-nin Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq zavodun ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda mülki müdafiə məşqi keçirilib.

   İllik plana əsasən keçirilən tədbirin əsas məqsədi rəhbər heyətə məşqin təşkili və keçirilməsi metodikasının göstərilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması zamanı idaretmə üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, təyinatı üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hallar şəraitində mülki müdafiə qüvvələri ilə faəliyyətin uzlaşdırılması olub.

   Mülki müdafiə məşqinə şirkətin 1 saylı xilasetmə dəstəsi, Yayma-1 sexinin yanğınsöndürmə manqası, radioloji nəzarət qrupu, kollektiv mühafizə qurğularına xidmət manqası, tibbi yardım briqadası da daxil olmaqla ümumilikdə 41 əməkdaş, həmçinin qəza və xilasetmə işlərinin aparılması üçün müxtəlif təyinatlı 7 texnika cəlb olunub.

   Qeyd edək ki, “Baku Steel Company” QSC-də tərtib edilmiş plana əsasən, il ərzində mütəmadi və sistematik olaraq mülki müdafiə üzrə məşq və təlimlər keçirilir.

Mulki mudafiə 1
 
Mulki mudafiə 1
Mulki mudafiə 2
 
Mulki mudafiə 2
Mulki mudafiə 3
 
Mulki mudafiə 3
Mulki mudafiə 4
 
Mulki mudafiə 4
Mulki mudafiə 5
 
Mulki mudafiə 5
Mulki mudafiə 6
 
Mulki mudafiə 6
Mulki mudafiə 7
 
Mulki mudafiə 7