“Baku Steel Company” QSC Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyalarında iştirak edib

Posted on Posted in N22_az, News

   “Baku Steel Company” QSC sosial məsuliyyət layihələrinin icrasını davam etdirir.    Bu dəfə Cəmiyyətin dəstəyi ilə müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakı və Sumqayıt şəhərlərində ağacəkmə aksiyaları keçirilib.

     Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Baku Steel Company” QSC-nin əməkdaşlarının iştirakı ilə rayonun Aşıq Molla Cümə və Qafur Murad küçələrinin kəsişməsindəki parkda 100 ədəd ağac əkilib.

   Daha sonra “Baku Steel Company” QSC-nin Boruyayma sexinin əməkdaşları Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sülh küçəsi boyu 100 ədəd ağac əkərək ekoloji mühitin yaxşılaşmasına töhfələrini veriblər.  

  Həmçinin şirkətin əməkdaşları Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə rayonun Xocasən Yaşayış Kompleksinin yaxınlığında təşkil edilən ağacəkmə aksiyasına qatılıblar. Ərazidə 100 ədəd ağac əkilib, yaşıllaşdırma işləri aparılıb. 

   Qeyd edək ki, aksiyaların keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına daim böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin yaşıllaşdırma ənənəsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olub.

BSC agacəkmə 1
 
BSC agacəkmə 1
BSC agacəkmə 2
 
BSC agacəkmə 2
BSC agacəkmə 3
 
BSC agacəkmə 3
BSC agacəkmə 4
 
BSC agacəkmə 4
BSC agacəkmə 5
 
BSC agacəkmə 5
BSC agacəkmə 6
 
BSC agacəkmə 6
BSC agacəkmə 7
 
BSC agacəkmə 7
BSC agacəkmə 8
 
BSC agacəkmə 8
BSC agacəkmə 9
 
BSC agacəkmə 9
BSC agacəkmə 10
 
BSC agacəkmə 10