“Baku Steel Company” QSC-nin tabeli müəssisəsi sağlam və təhlükəsiz əmək şəraiti yaradılan ən yaxşı şirkətlərdən biri seçilib

Posted on Posted in N22_az, News

“Bakı Oksigen Kompani” ASC Azərbaycanda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi olub.

   28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib. Tədbirdə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də baş tutub. Mərasimdə elan olunan qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.

   AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev bildirib ki, qaliblər müsabiqədə iştirak edən 2150 təşkilat və müəssisə arasından seçilib.

   Respublika müsabiqəsinin qalibləri sırasında “Baku Steel Company” QSC-nin tabeli müəssisəsi olan “Bakı Oksigen Kompani” ASC də olub. Mükafatı “Bakı Oksigen Kompani” ASC-nin rəhbərliyinə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təqdim edib.

   Xatırladaq ki, ötən il “Baku Steel Company” QSC sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi seçilmişdi.

   Qeyd edək ki, “Baku Steel Company” QSC-də və onun tabeli müəssisələrində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sistemi yerli əmək qanunvericiliyinin tələblərinə, beynəlxalq standartlara, həmçinin sənayedəki qabaqcıl təcrübələrə əsaslanaraq qurulub.

BOK 1
 
BOK 1
BOK 3
 
BOK 3
BOK2
 
BOK2
BOK 4
 
BOK 4
BOK 6
 
BOK 6
DSC 3500
 
DSC 3500
BOK 7
 
BOK 7