“Baku Steel Company” QSC ADA Universitetində keçirilən Karyera sərgisində iştirak edib

Posted on Posted in N22_az, News

Aprelin 27-də ADA Universitetində 11-ci Karyera sərgisi keçirilib. Sərgidə müxtəlif dövlət qurumları və şirkətlər iştirak ediblər. Tədbirdə yüzlərlə tələbə və məzun həmin qurum və şirkətlər, həmçinin onların təqdim etdiyi iş imkanları barədə məlumatlandırılıblar.
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC də Karyera sərgisində təmsil olunub. Şirkətin stendinə yaxınlaşan sərgi iştirakçılarına ümumi fəaliyyət istiqamətləri, könüllü və təcrübə proqramları, işə qəbul qaydaları barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Ümumilikdə sərginin təşkilində əsas məqsəd tələbələri müvafiq qurum və şirkətlərlə tanış etmək, onları təcrübə proqramları və iş imkanları barədə məlumatlandırmaq və gələcək karyera planları ilə bağlı müzakirələr aparmaqdır.
Sərgi, həmçinin tələbələrə mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı verir.
Qeyd edək ki, “Baku Steel Company” QSC mütəmadi olaraq müxtəlif universitet tələbəri və məzunları üçün faəliyyət sahəsinə uyğun təcrübə proqramları və iş imkanları təqdim edir.
Peşəkar komandamıza qoşulmaq istəyənlər hr@bakusteel.com ünvanına müraciət edə bilər.

DSC 3296
 
DSC 3296
DSC 3375
 
DSC 3375
DSC 3281 2
 
DSC 3281 2
DSC 3405 2
 
DSC 3405 2
sertifikat ada
 
sertifikat ada