Baku Steel Company MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan Polad Əritmə Müəssisəsidir. Zavodda cəmi 71i qadın və mindən çoxu kişi olan 1122 işçi çalışır. BSC müəssisəsinin gənc kadrlarının artmasının əsas təminatçısı Metallurgiya fakültəsinin tələbələri üçün olan “Polad” təqaüdüdür. BSC-ın işçilərinin yaş həddi 18- 50 arasıdır.
Baku Steel Company MMC Qafqazın ən böyük Metallurgiya Zavodudur. Şirkətin 21 iyun 2001-ci ildəki rəsmi açılışında Ulu öndər Heydər Əliyevdə iştirak edib.
Zavodda Amerika Birləşmiş Ştatlarının, Fransa, Türkiyə, Hindistan və digər ölkələrin istehsalı olan avadanlıqlar quraşdırılıb. Əsaslı yenidən qurmadan sonra nəinki istehsal olunan məhsulların həcmi, həmçinin keyfiyyəti də artıb. Həmçinin müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilib, təmiz mikro iqlim yaradılıb. Baku Steel Company 2016-cı ildən başlayaraq dairəvi pəstah istehsalına başlayıb ki, buda öz xammalından istifadə etməklə boru istehsal etməyə imkan verir. Zavodun yenidən qurma işlərinə 20dən çox yerli və xarici şirkət, eləcə də zavoddan 500dən çox mühəndis, texniki heyət cəlb olunub.
Baku Steel Company-nin ümumi istehsal gücü 1.1mln ton təşkil edir. Müəssisə daima öz məhsul çeşidini artırır. Bu məqsədlə iki yeni yayma xətti quraşdırılıb ki, bunun nəticəsində künclük, şveller, ikitavr və katanka məhsullarının istehsalına başlanılıb. Yenidən qurma işlərinin tərkib hissəsi olaraq Zavodda Almaniya və İsveçrə kimi aparıcı ölkələrin istehsalı olan avadanlıqlarla təchiz olunmuş və ərintidə dəqiq təhlillər aparmağa imkan yaradan mərkəzi laboratoriya qurulub.