“Heydər Əliyev İli” çərçivəsində “Baku Steel Company” QSC-nin təşkilatçılığı ilə keçirilən mini-futbol turniri başa çatıb

Posted on Posted in N22_az, News

“Heydər Əliyev İli” çərçivəsində “Baku Steel Company” QSC-nin Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə mini-futbol üzrə turnir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan turnirin final oyununda ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirdə iştirak edən istehsalat və xidmət sahələrinin əməkdaşlarından ibarət komandalar arasında oyunlar gərgin idman mübarizəsi şəraitində keçib. Finalda Poladəritmə sexinin komandası ilə Elektrik və Mexaniki xidmət sahələrinin yığma komandası görüşüb və nəticədə Poladəritmə sexinin komandası 4:2 hesabı ilə qalib gəlib.

Qaliblərə kubok və qiymətli hədiyyələr, digər yerlərin sahiblərinə isə müvafiq olaraq diplom və sertifikatlar təqdim edilib.

Qaliblərə mükafatlar “Baku Steel Company” QSC-nin Baş Direktorunun 1-ci müavini Polad Hümmətov və Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov tərəfindən təqdim olunub.

BSC minifutbol 1
 
BSC minifutbol 1
BSC minifutbol 2
 
BSC minifutbol 2
BSC minifutbol 3
 
BSC minifutbol 3
BSC minifutbol 4
 
BSC minifutbol 4