“Baku Steel Company” QSC-nin keçmiş əməkdaşı, şəhid leytenant Nurlan Həsənova həsr olunmuş kitabın təqdimatı keçirilib

Posted on Posted in N22_az, News

   “Baku Steel Company” QSC-nin keçmiş əməkdaşı, şəhid leytenant Nurlan Həsənovun anadan olmasının 32-ci ildönümündə ona həsr olunmuş “Zəfəri Nurlandıran Nurlan” kitabının təqdimatı keçirilib. Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan tədbirdə şəhidin ailə üzvləri, qohumları, dostları, döyüş və iş yoldaşları iştirak edib. Mərasimdə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, Nurlanla bağlı xatirələr bölüşülüb.

   15 yaşlı müəllif Sevindik Nəsiboğlunun sayca 6-cı kitabı olan “Zəfəri Nurlandıran Nurlan”da şəhidimizin ömür və döyüş yolundan bəhs edilir. Kitabda Nurlan Həsənovun iş yoldaşlarının da onun haqqında fikirləri yer alıb.

    N. Həsənov 19.05.1991-ci ildə Şuşada doğulub. 2020-ci ilin sentyabrında səfərbərlik çağırışı ilə yenidən ordu sıralarına qatılıb, oktyabrın 1-də isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra leytenant Nurlan Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

1
 
1
2
 
2
3
 
3
4
 
4
5
 
5