“Baku Steel Company” MMC ”Polad təqaüd” proqramı təsis etmişdir

Posted on Posted in News

Bu tədbir Azərbaycan gəncləri arasında metallurgiya sənayesinə marağın artırılmasına yönəldilmişdir. Sovet dövründə metallurgiya Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olsa da, metallurgiya müəssisələrinin köhnəlməsi xüsusən gənclər arasında ona marağın azalmasına gətirib çıxarmışdır ki, bu da kadr qıtlığına səbəb olmuşdur. Hazırda müəssisə müasir texnologiyalar tətbiq etməklə bu sahəyə marağı dirçəldir. Şirkətin əsas məqsədi öz kadrlarını hazırlamaqdan, onların həm ölkədə, həm də xaricdə təhsil almasını təmin etməkdən ibarətdir.

Birinci mərhələdə təqaüd proqramı Azərbaycan Texniki Universitetinin tələbələrinə ünvanlanmışdır. “Polad təqaüd”ün aylıq məbləği 150 manat, əlaçılar üçün – 200 manatdır. 7 fakültənin 62 tələbəsi arasında təqaüd müsabiqəsi keçirilmişdir. Müsabiqənin yekunlarına görə, 16 tələbə “Polad təqaüd” almaq hüququ qazanmışdır.

“Baku Steel Company” fərqlənmiş tələbələrin xaricdə təhsilini davam etdirməsini maliyyə cəhətdən təmin edəcəkdir. 3-4-cü kurs tələbələri “Baku Steel Company” MMC-də keçirilən praktik məşğələlərdə iştirak edəcək, sonra istehsalat tələblərinə uyğun olaraq kurs və diplom işləri üçün mövzu seçəcəklər.

 

 

İstinadən